Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:27 / 08.03.2024
Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşdü - FOTO
Hazırda oxunan: Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşdü - FOTO
Hazırda oxunan: Azərbaycanın müdafiə naziri Selçuk Bayraktar ilə görüşdü - FOTO
181717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.