Bir müddət əvvəl Almaniya bundestaqında “Almaniya üçün Alternativ” partiyası ölkənin İngiltərədən sonra Avropa Birliyindən çıxmağı təklif edib. Partiyanın bu təklifi bir neçə fraksiyalar tərəfindən dəstəklənsə də, çoxluq bunun əleyhinə olduğunu bildirib. Mövzu ölkədə böyük müzakirələrə səbəb olub.
İsrailli tarixçi və politoloq Mixail Finkel Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gəzən söz-söhbətlər əsassızdır. Çünki bu fikirlər Almaniya bundestaqı tərəfindən ciddi qəbul edilməyəcək.
“Çünki Almaniya Avropa Birliyindən yeganə ən çox gəlir əldə edən ölkədir. Bu ölkə Avropanın ən güclü iqtisadiyyatına malik regiondur.
Ona görə Almaniyaya hansısa sərhədlərin və başqa valyutaların olması sərfəli deyil. Bu şəriatdə onlar çox şey itirə bilərlər.
Çünki Avropa Birliyindən əldə olunan gəlirlər bir ölkə kimi onu daha da güclü edir. Məhz Almaniya AB-nin dağılmaması üçün mütəmadi olaraq, maliyyə problemləri olan Yunanıstana böyük məbləğlərdə kredit verirdi. Ona görə Almaniya Avropa Birliyindən ən son çıxmaq istəyən ölkə olar”.
Politoloq, bəzi ölkələrin AB-nin dağılmasında maraqlı olduğunu da qeyd edib:
“Lakin ölkədə AB-nin dağılmağını istəyən ölkələrin diktəsi ilə oynayan partiyalar var ki, onlar da bu təkliflərlə öz missiyalarını yerinə yetirirlər. Mənim fikrimcə Avropa Birliyi axır-əvvəl dağılacaq, lakin bunun səbəkarı heç də Almaniya olmayacaq”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:00 / 17.04.2021
“Avropa Birliyi dağılacaq” – İsrailli politoloqdan ilginc AÇIQLAMA
Hazırda oxunan: “Avropa Birliyi dağılacaq” – İsrailli politoloqdan ilginc AÇIQLAMA
Hazırda oxunan: “Avropa Birliyi dağılacaq” – İsrailli politoloqdan ilginc AÇIQLAMA
18151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.