“İşğalda olan kəndlərimizi sülh yolu ilə azad etməyə çalışırıq” – Fazil Mustafa 

“İşğalda olan kəndlərimizi sülh yolu ilə azad etməyə çalışırıq” – Fazil Mustafa 

Hazırda oxunan: “İşğalda olan kəndlərimizi sülh yolu ilə azad etməyə çalışırıq” – Fazil Mustafa 

181353

Ermənistan mətbuatı Qazaxdakı anklav kəndlərimizə girişin məhdudlaşdırıldığını yazır. Erməni politoloq Alen Qevondyan deyib ki, Ermənistan Qazaxın və Naxçıvanın anklav ərazilər hesab olunan 8 kəndini Azərbaycana qaytarmağa hazırlaşır. Artıq bununla bağlı razılaşmanın icrasına başlanılır.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının həmin ərazilərə girişi artıq qadağan edilib: 

“Ermənistanla Azərbaycan sülh danışıqları çərçivəsində anklav kəndlərlə bağlı razılaşmalara uyğun olaraq ölçmə işləri başa çatıb, indi yalnız təhvil-təslim və qəbula dair texniki mərhələlərin razılaşdırılması qalıb. Dünən məlum oldu ki, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq və azərbaycanlılar tezliklə orada öz nəzarətlərini təmin edəcəklər. Bununla yanaşı, Azərbaycan tərəfi anklavlararası yol üçün də ərazi tələb edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı: "İşğalda olan kəndlərimizi hərbi əməliyyatlarla azad etməliyik"


Ermənistan vətəndaşlarının həmin ərazilərə girişinin qadağan edildiyini xüsusi vurğulayan politoloqun sözlərinə görə, hökumətin həmin ərazilərə girişə qadağa qərarından xəbərsiz olan iki nəfər Qazaxın anklav sayılan Yuxarı Əskipara kəndinə girmək istəyərkən Ermənistan polisi tərəfindən saxlanılıb.   

Yaranmış situasiyada İrəvan həmin kəndləri sülh yolu ilə geri qaytara bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanın bütün hallarda məsələni sülh yolu ilə həll etməyə çalışdığını deyib: 

“Çalışırıq ki, bütün məsələlər sülh yolu ilə həll olunsun. Azərbaycanla Ermənistan arasında bu məsələlər ətrafında müəyyən danışıqlar da gedir. Xarici işlər nazirləri və digər nazirlər arasında təmaslar da var. Təmaslarda yəqin ki, anklav kəndləri mövzusu da gündəmə gətirilir. Çünki hər bir ölkə üçün maraqlı mövzulardır. Anklavlar və bitişik ərazilər məsələsini ayırd etmək lazımdır. Bu məsələdə Qazaxın bəzi kəndləri anklav sayılmır. Bitişik ərazidir, sadəcə işğal olunub”. 

Naxçıvanın Kərki kəndi isə deputatın fikrincə, sırf beynəlxalq hüquq kontekstində qiymətləndirilməlidir:

“Yəni bu məsələ təkcə Azərbaycana aid məsələ deyil. Bütövlükdə 1921-ci ilin Qars müqaviləsini imzalayan bütün dövlətlərə aiddir. Bu baxımdan da Kərki məsələsini digər anklavlarla qarışdırmaq olmaz. Həmin məsələ ətrafında müzakirələr başqa kontekstində aparılmalıdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO