Ermənistanı hərbçimizlə bağlı geri addım atmağa nə MƏCBUR ETDİ? – Deputatdan AÇIQLAMA

Ermənistanı hərbçimizlə bağlı geri addım atmağa nə MƏCBUR ETDİ? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Ermənistanı hərbçimizlə bağlı geri addım atmağa nə MƏCBUR ETDİ? – Deputatdan AÇIQLAMA

181230

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov martın 5-də Vətənə qaytarılıb. 

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı - VİDEO


Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.

Görəsən, İrəvanı bu addımı atmağa nə məcbur etdi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, bu məsələdə birmənalı şəkildə Azərbaycanın iradəsi həlledici rol oynayıb: 

“Ermənistan tərəfi bunu özünün xoşməramlı addımı kimi təqdim edir. Amma burada Azərbaycanın iradəsi birmənalı olaraq həlledici rol oynayıb. Azərbaycan kifayət qədər güclü mövqelərə sahibdir. Onun nəticəsi olaraq da, Ermənistan Azərbaycanın iradəsi qarşısında geri çəkilmək məcburiyyətində olur”. 

Deputat qeyd edir ki, Ermənistanın sülh ritorikasında özünü səmimi göstərməməsi əslində digər davranışları ilə ifşa olunur: 

“Ermənistanın sülhə hazır olduğunu dəfələrlə qeyd edib. Görünür, sülh ritorikasında səmimi olduqlarını sübut etmək üçün bu addımı atdılar. Ermənistanın sülh ritorikasının səmimiliyi digər davranışlarında ciddi şübhələr doğurur. Bir tərəfdən, sülhə hazır olduqlarını iddia edir, digər tərəfdən də Azərbaycanın ünvanına ittihamlar səsləndirir, müxtəlif platformalarda ölkəmizə qarşı siyasi spekulyasiyalar həyata keçirirlər. Belədə İrəvan sülhdən yayındıqlarını kölgəyə salmağa çalışır. 

Ona görə də İrəvanın səmimi olduğunu düşünmürəm. Özlərini bununla konstruktiv kimi göstərsələr də, digər prinsipial məsələlərdə aşkar şəkildə Azərbaycana qarşı çıxırlar”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO