Lukaşenkonun Bakı səfəri və “İsgəndər-M”... - “Rusiya seçim etməlidir” – Oleq Kuznetsovdan ÖZƏL

Lukaşenkonun Bakı səfəri və “İsgəndər-M”... - “Rusiya seçim etməlidir” – Oleq Kuznetsovdan ÖZƏL

Hazırda oxunan: Lukaşenkonun Bakı səfəri və “İsgəndər-M”... - “Rusiya seçim etməlidir” – Oleq Kuznetsovdan ÖZƏL

18104

“Ermənistan ordusunda olan və Qarabağ uğrunda 2020-ci ilin payızında gedən müharibədə Azərbaycan şəhərlərinə, ordu mövqelərinə atılan “İsgəndər-M” raketləri ilə bağlı situasiyanın monitorinqini aparıram. Son zamanlar Ermənistan silahlı qüvvələrinin bu raketlərə necə sahiblənməsi barədə informasiyalar çoxalıb.

Hərbi-texniki əməkdaşlıq sahəsində olan “Silahların ixracı” (Экспорт вооружений) jurnalı 2018-ci ilin sentyabrında məqalə dərc edib. Həmin yazıya istinadən demək olar ki, Rusiya 2016-cı ildə Ermənistana bu tip raket kompleksləri olan divizion yerləşdirib”. 

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında rusiyalı politoloq, tarixçi və qafqazşünas Oleq Kuznetsov səsləndirib.

Politoloq əlavə edib ki, belə daşımalar Avropadakı adi silahların təhlükəsizliyini və nəzarətini nəzərdə tutan razılaşmanı pozurdu:

“Bu razılaşmanı isə zamanında Rusiya, ABŞ və NATO üzvü olan başqa ölkələr dəstəkləyib. Sənədə görə, 300 kilometr məsafəni qət edə bilən raketlər, yaxud onların hazırlanması üçün istifadə olunan texnologiyaların üçüncü dövlətlərə verilməsi qadağandır. Faktiki olaraq, 2016-cı ildə Ermənistana “İsgəndər-M” raketləri olan divizionu yerləşdirməklə Moskva bu sazişlə üzərinə düşən öhdəlikləri pozub. 

Bununla yanaşı, Rusiyaya aid silahın Ermənistanın əlinə keçməsi ilə bağlı başqa variant da var və siyasi cəhətdən mümkün, əsaslandırılmış versiyadır.

Bəhs etdiyim variant Belarus prezidenti Lukaşenkonun Bakıya səfərindən sonra ortaya çıxdı. Söhbət ondan gedir ki, Ermənistan, Serbiya və digər dövlətlər kimi Belarus da Rusiya silahlarının fəal ixracı ilə məşğuldur. Yəni Ermənistandakı “İsgəndər-M” raketləri Belarusdan da gətirilmiş ola bilər. Daha dəqiq desək, İrəvanın bu raketləri Moskva-Minsk ixracı vasitəsilə əldə etməsi də mümkündür. Bütün hallarda hazırkı vəziyyət ətraflı araşdırma tələb edir. 

Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamenti bu insidentin istintaqını aparır. Və bu raket qalıqlarının Şuşaya Suriyadan Türkiyə vasitəsilə Azərbaycanın gətirdiyi barədə variantları artıq kənara tullamaq olar. Hazırda iki əsas versiyaya baxmaq lazımdır. Bunlardan biri raketin üçüncü ölkələr tərəfindən Ermənistana ixracıdır (beynəlxalq razılaşma həmin dövlətlərə yayılmayıb). 

Ya da ki, “Silahların ixracı” jurnalının da yazdığı kimi, bu, 2016-cı ildə Rusiyanın Ermənistana raket daşımaları ilə bağlıdır. 

Bütün hallarda Moskva cavab verməyi gecikdirir. Rusiya cavab kimi bu variantlardan hansını səsləndirəcəyini bilmir. Niyə? Çünki hər vəziyyətdə bu, Kremlin beynəlxalq nüfuzuna zərbədir. Rusiya seçim etməlidir. Ya məsuliyyəti öz üzərinə götürməli, ya da ki, müttəfiqlərini günahlandırmalıdır. Bu isə müttəfiqlər arasında münasibətlərdə problemlər yarada bilər. 
Nümunə kimi, Moskva ilə Minsk arasında ötən ilin payızındakı soyuqluğu göstərmək olar”.  

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO