“Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün bərqərar olması üçün mühüm vasitə ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
“Avrasiyada əməkdaşlığın yeni dinamikası” sessiyasında çıxış edən diplomat vurğulayıb ki, sırf iqtisadi səmərə ilə yanaşı, post-münaqişə mühitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh üçün faydalı addıma çevrilə bilər.
“Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu layihə nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada bilər, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verəcək və fayda verəcəkdir. Həmçinin, Zəngəzur dəhlizi artıq mövcud olan Transxəzər Beynəlxalq Orta Dəhlizinə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisidən keçməklə Avropa ilə birləşdirə bilər.
Ümid edirik ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks halda, arzu edilən “kəsişmənin” regional dalana dirənməsi riski var”, - deyə E.Əmirbəyov yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:08 / 03.03.2024
Elçin Əmirbəyovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: “Çini Avropa ilə birləşdirəcək”
Hazırda oxunan: Elçin Əmirbəyovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: “Çini Avropa ilə birləşdirəcək”
Hazırda oxunan: Elçin Əmirbəyovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: “Çini Avropa ilə birləşdirəcək”
180900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.