Türk Şurasının Baş katibi: “Türk dünyası Azərbaycanın yanındadır”

Türk Şurasının Baş katibi: “Türk dünyası Azərbaycanın yanındadır”

Hazırda oxunan: Türk Şurasının Baş katibi: “Türk dünyası Azərbaycanın yanındadır”

1809

“Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevlə görüşündə səsləndirib.

O bildirib ki, Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq:

“Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələri ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq”.

Bağdad Amreyev münaqişənin yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıdığı sərhədlərinin toxunulmazlığı əsasında həllini dəstəklədiyini dilə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO