Fevralın 28-29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində danışıqlar aparılıb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb.
Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:03 / 29.02.2024
Rəsmi Bakı Berlindəki sülh danışıqları barədə MƏLUMAT YAYDI
Hazırda oxunan: Rəsmi Bakı Berlindəki sülh danışıqları barədə MƏLUMAT YAYDI
Hazırda oxunan: Rəsmi Bakı Berlindəki sülh danışıqları barədə MƏLUMAT YAYDI
180488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.