“ATƏT-in Minsk Qrupu özü-özünü buraxmalıdır... Danışıqlara ehtiyac yoxdur” – Rufiz Qonaqov

“ATƏT-in Minsk Qrupu özü-özünü buraxmalıdır... Danışıqlara ehtiyac yoxdur” – Rufiz Qonaqov

Hazırda oxunan: “ATƏT-in Minsk Qrupu özü-özünü buraxmalıdır... Danışıqlara ehtiyac yoxdur” – Rufiz Qonaqov

18047

“ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyəti və ümumiyətlə, onun aqibəti necə olmalıdır?” sualına cavab olaraq demək istəyirəm ki, ATƏT-in Minsk Qrupu öz taleyini özü həll edib. Belə ki, indiyə qədər münaqişə ilə bağlı hər hansı bir addım atmadı, Azərbaycanın ATƏT-in Minsk Qrupunun işinə bəslədiyi ümidlər puça çıxdı. Minsk Qrupu konfliktlə bağlı nəinki heç bir şey etmədi, eyni zamanda bunu etmək istəmədi.

Ermənistanı öz adı ilə çağırmadılar. Təcavüzkara, terrorçuya düzgün müraciət olunmadı.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan ATƏT büdcəsini bloklamaqla nəyə nail olmaq istəyir? – Tahir Mirkişilidən CAVAB


Bununla yanaşı ATƏT-in Minsk Qrupu İrəvana təzyiq göstərmədi. Azərbaycan illərdir ki, ATƏT-in Minks Qrupu çərçivəsində danışıqlara sadiq qaldı. Bakı münaqişənin sülh, beynəlxalq hüquq çərçivəsində həllini gözlədi”.

Bu sözləri Bizim.Media-ya açıqlayan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov müsahibəsinin davamında bildirdi ki, amma ATƏT bu günə kimi konfliktlə əlaqədar hansısa iş görmədi:
 

“Ona görə də, bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi göz önündə olduğu üçün düşünürəm ki, həmsədrlik formatında olan və heç bir nəticə əldə etməyən qurum artıq özü-özünü buraxmalıdır.


BMT-nin qəbul etdiyi 4 qətnamə, dünya ölkələrinin sərhədlərimizi tanıması və nəhayət, beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan öz ərazi bütövlüyünü özü həll etmək məcburiyyətində qaldı. Ərazi bütövlüyümüzü 44 günlük Vətən müharibəsində təmin etdik. 

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ATƏT-in Minsk Qrupu indiyə qədər heç bir nəticə əldə etmədiyi üçün, konflikt həllini tapandan sonra hər hansı danışıqlara ehtiyac qalmır.

Çünki Ermənistan kapitulyasiyaya imza atıb. İrəvan savaşda məğlub olduğunu etiraf edib. Bu etiraflar bu gün də davam edir.

Belə olduğu halda, ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyətinə nə lüzum var? Məncə, bundan sonra beynəlxalq təşkilatlar ərazidə dinc, humanitar, insanların öz doğma yurd-yuvalarına qayıtması istiqamətində düşünsünlər. 

Kommunikasiyaların bərpası, bölgədə sühün möhkəm olması və Cənubi Qafqazda inkişaf yönündə düşünməlidirlər. Biz müharibənin qalibiyik, ərazi bütövlüyümüzü təmin etmişik. Ona görə də ATƏT bilməlidir ki, onun Minsk Qrupuna ehtiyac yoxdur. Müharibə başa çatıb, bölgədə sülhməramlılar var. Rusiya və Türkiyənin Birgə Monitorinq Qrupu mövcuddur”. 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə, qərəzli mövqeyinə örnəklərdən biri elə 44 günlük savaş ərzində rəsmi Parisin İrəvana görə dəridən-qabıqdan çıxmasını göstərmək olar.

Əslində isə Fransa həmsədr dövlət kimi neytral çözüm axtarmalıydı. Digər tərəfdən, Prezident İlham Əliyev ADA Unniversitetindəki beynəlxalq konfransda ABŞ-ın yeni administrasiyasının da həmsədrliyinə toxunub: 
 

“Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm.


Lakin bu, həmsədr ölkədir, onlar tarazlı şəkildə davranmalıdırlar. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik. Prezident Bayden Novruz bayramı münasibətilə mənə məktub ünvanlamışdır. Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO