İlham Əliyevdən Almaniya ilə bağlı AÇIQLAMA:

İlham Əliyevdən Almaniya ilə bağlı AÇIQLAMA: "Fransadan fərqli neytrallıq nümayiş etdirir"

Hazırda oxunan: İlham Əliyevdən Almaniya ilə bağlı AÇIQLAMA: "Fransadan fərqli neytrallıq nümayiş etdirir"

180292

Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.

Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb.

Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO