Xocalıdan dünyaya verilən MESAJ – “Şərtlərimiz qəbul edilməsə...”

Hazırda oxunan: Xocalıdan dünyaya verilən MESAJ – “Şərtlərimiz qəbul edilməsə...”

180109

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Bunu fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə ziyarəti zamanı səsləndirib.

“Prezident Xocalıdan bütün dünyaya mesaj verdi”

Deputat Hikmət Babaoğlu dövlət başçısının fikirlərini Bizim.Media-ya şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündən - VİDEO


O qeyd edib ki, Xocalı soyqırımının ildönümündə Azərbaycan Prezidentinin Xocalıya səfər etməsi və sakinlər ilə görüşməsi ədalətin, haqqın təntənəsi idi:

“Çünki xalqımıza qarşı bu qəddar soyqırımını törədənlər elə düşünürdülər ki, bir də heç vaxt azərbaycanlılar Xocalıya qayıda bilməyəcəklər. Amma bu gün Azərbaycan ordusunun qəhrəmanlığı, müzəffər Ali Baş komandanımızın qətiyyəti sayəsində dövlət başçımız Xocalıdan bütün dünyaya öz mesajını verdi. İllərdir, Xocalı soyqırımına qulaqlarını və gözlərini bağlayan insanlara xitabən danışdı. 

Çox təəssüf ki, “Xocalıya ədalət!” kampaniyasından biz heç bir şeyə nail ola bilmədik. Dünya ədaləti görmür, kordur, həmçinin eşitmir, kardır. Buna baxmayaraq, Azərbaycan özü ədaləti bərpa edə bildi. Təməli qoyulan Xocalı Soyqırımı Memorial Kompleksi də bu hadisənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyi ilə bağlı xalqımıza və bütün dünyaya edilən müraciət oldu. 

Şübhəsiz ki, bütün bunlara rəğmən Azərbaycan sülh tərəfdarıdır. Ermənistan artıq üç il yarımdan çoxdur ki, sülhün baş tutmaması üçün əlindən gələni edir. Son dövrlərdə isə bariz şəkildə özünə yeni yiyə, sahib axtarır”. 

Deputat qeyd edib ki, özünə sahib axtarmaq şübhəsiz, özünün iradəsinin olmamağı deməkdir: 

“Bu siyasət bir daha Ermənistanın dövlət olmadığının göstəricisidir. Ancaq hər bir halda ölkə başçımız dedi ki, bu gün Azərbaycanın bütün şərtləri qəbul edilməyincə sülh olmayacaq. Sülhün yolu, Ermənistanın xilası yalnız Azərbaycanın şərtlərini qəbul etməkdən keçir. Azərbaycan Prezidentinin “heç kəs Ermənistana kömək edə bilməyəcək” fikri haqdan, ədalətdən, milli mənəviyyatımızdan qaynaqlanan milli gücümüzün, qüdrətimizin göstəricisidir. 

Şübhəsiz ki, Ermənistan iki şeydən dərs çıxarmalıdır. Birinci dərs odur ki, Azərbaycan ona qarşı törədilən cinayətləri bağışlamır. Necə ki, döyüş meydanında Xocalının qisasını aldı. İkinci dərs odur ki, Azərbaycan güclü ölkədir, bizimlə yalnız sülh və əməkdaşlıq platformasında münasibətlər qurmaq mümkündür”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO