Qazaxıstan prezidenti Azərbaycana bu tarixdə səfər edəcək

Qazaxıstan prezidenti Azərbaycana bu tarixdə səfər edəcək

Hazırda oxunan: Qazaxıstan prezidenti Azərbaycana bu tarixdə səfər edəcək

180106

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-12-də Azərbaycana dövlət səfəri edəcək.

Bizim.Media "1news.az" saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat yayıb.

"İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Səfər çərçivəsində Qazaxıstan Prezidenti Füzuliyə də səfər edəcək və burada Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək", deyə o, əlavə edib.
Səfir onu da vurğulayıb ki, Qazaxıstan liderinin səfəri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra xarici dövlət başçısının bu ölkəyə ilk səfəri olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO