Deputat: “Beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı qətnamələri icra etməyə qorxublar”

Deputat: “Beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı qətnamələri icra etməyə qorxublar”

Hazırda oxunan: Deputat: “Beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı qətnamələri icra etməyə qorxublar”

179887

“Azərbaycan Ermənistandan Xocalıda törətdiyi vəhşiliklərə görə təzminat istəməlidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 32-ci ildönümündə jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib. 

Onun sözlərinə görə Azərbaycan xalqına bu zülmləri çəkdirmiş, şəhərləri yer üzündən sildirtmiş, nəsilləri məhv etmiş həm şəxslər, həm qurumlar, həm də təşkilatlar təzminat ödəməlidir:

“Cinayət məhkəmə qarşısında öz cəzasını çəkməsə, Allah göstərməsin, bu hadisələr təkrar oluna bilər. Ədalət Məhkəməsi isə yalnız cinayətkarı məhkəməyə çıxartmaq, ona hökm oxumaq deyil, həm mənəvi, həm maddi təzminat ödənməlidir ki, gələcək xalq və nəsillər anlasınlar ki, biz nələr çəkmişik, hansı yolu keçmişik və nəyə nail olmuşuq.
Beynəlxalq təşkilatlarda bununla bağlı qətnamələr olub, amma kifayət deyil. İkincisi isə icra etməyə qorxublar. Ancaq Azərbaycan bu gün elə bir reallıq yaradıb ki, o qətnamələrin icra edilməsinə nəinki kömək edəcək, mütləq buna vadar edəcək”.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO