Rusiyanın “Zaqafqaziya” açıqlaması Azərbaycana xoşagəlməz bir mesajdır

Rusiyanın “Zaqafqaziya” açıqlaması Azərbaycana xoşagəlməz bir mesajdır

Hazırda oxunan: Rusiyanın “Zaqafqaziya” açıqlaması Azərbaycana xoşagəlməz bir mesajdır

17978

Xəbər veridyimiz kimi, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəsi  Valeri Qerasimov Ermənistan müdafiə nazirliyinin rəsmisi Artak Davtyanı Moskvada qəbul edərkən Ermənistanı Rusiyanın “Zaqafqaziyada” əsas müttəfiqi adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı köçkünlər Qarabağa 2022-ci ildə qaytarılacaq - “Alarabia” 


Siyasi şərhçilərin fikrincə, bu görüşdə iki məqam daha qabarıq şəkildə gözə çarpır.

Birincisi, Rusiyanın Baş Qərargah rəisi bu sözlərlə açıq şəkildə Ermənistanı sona qədər dəstəkləyəcəklərini nümayiş etdirib. İkinci məsələ isə ruslar Cənubi Qafqaz zonasının Çar Rusiyasının zamanındakı  kimi “Zaqafqaziya” adlandırmaqla  vaxtıkən bu regionların (Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan) onun tabeliçiyində olduğunu və hələ də buna iddialı olduqlarını bildirib.

Məsələ ilə bağlı Bizim.Media-ya fikir bildirən politoloq Elxan Şahinoğlu deyib ki, rusiyalı hərbçilər və rəsmilər dəfələrlə Ermənistanı özlərinin strateji müttəfiqi adlandırıblar.  



“Hətta keçmişdə bunu “forpost” da adlandırırdılar ki, bu da nökər anlamına gəlirdi. Faktiki Ermənistan Rusiyanın nökərinə çevrilib. Biz “İsgəndər” raketləri ilə bağlı suallarımıza hələ də cavab almamışıq. Son zamanlarda Azərbaycanla Rusiya arasında sualların sayı artır. Onlar kasıb Ermənistana üstünlük verirlər, halbuki Azərbaycanla müttəfiqlik Rusiya üçün daha faydalıdır”. 

Politoloq rusların “Zaqafqaziya” xəyallarından danışarkən bildirib ki, ruslar regionda yeganə söz sahibi olmaq istəyirlər.

“Rusiyanın “Zaqafqaziya” açıqlaması Azərbaycana  xoşagəlməz bir mesajdır. Bu cür açıqlamaları ilə Rusiya rəsmiləri Azərbaycana psixoloji təsir göstərmək istəyirlər. Biz mütləq bu mesajlardan özümüz üçün nəticə çıxarmalıyıq. Bir ölkə ki, Ermənistana raketlər verir, onu silahlandırır, indi də müharibədən sonra da onun ordusunu modenləşdirməklə məşğuldur. Bu dövlət bizimlə strateji tərəfdaş ola bilməz. Bundan başqa rusların bu hərəkətləri  Ermənistanda revanşist əhval ruhiyyəni gücləndirməyə yönləndirilib. Bu bölgəyə sabitlik və inkişaf vəd etmir”.

Millət vəkili Musa Qasımlının fikrincə isə kimlərsə Ermənistanı Cənubi Qafqazda Rusiyanın müttəfiqi hesab edə bilər. Ancaq müttəfiqlik bərabər səviyyədə olmalıdır. 



“Əsas” və “ikinci” dərəcəli” müttəfiq olmur. Görəsən, Rusiya Ermənistanı hansı keyfiyyətinə görə “əsas müttəfiq” sayır? Əslində isə  Ermənistan Rusiyanın  müttəfiqi deyil, “forpostu”dur və Rusiyanın çiyinlərində daşıdığı ağır yükdür”.

Millət vəkili Cənubi Qafqazda Rusiyaya qarşı olan soyuq münasibətdə də ermənilərin günahkar olduğunu bildirib. O düşünür ki, Ermənistanın davranışları Rusiyaya ancaq hörmətsizlik gətirir. 

Rus qərargah rəisinin işlətdiyi “Zaqafqaziya” ifadəsinə gəldikdə isə millət vəkili onu bu cür izah edib:

“Sovet dövrünün tarixə keçməsi ilə illərdir ki, “Zaqafqaziya” ifadəsi də arxivə çevrilib. İndi bu region  bütün dünyada Cənubi Qafqaz kimi tanınır. Baş Qərargah rəisinin “Zaqafqaziya” kəlməsini işlətməsi Minsk qrupunun həmsədr ölkələrindən birinin ötən bütün illər ərzində baş verənlərə necə  münasibətdə olduğunu göstərir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO