İlham Əliyev Küveyt Əmirini TƏBRİK EDİB

İlham Əliyev Küveyt Əmirini TƏBRİK EDİB

Hazırda oxunan: İlham Əliyev Küveyt Əmirini TƏBRİK EDİB

179691

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO