Ərdoğan: “Heç bir beynəlxalq təşkilat Xocalı soyqırımına qarşı səsini çıxarmadı” – VİDEO

Hazırda oxunan: Ərdoğan: “Heç bir beynəlxalq təşkilat Xocalı soyqırımına qarşı səsini çıxarmadı” – VİDEO

179684

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BTM Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT TŞ artıq işlək qurum deyil”.
R.T.Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: "Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Ancaq özümüz özümüzü müdafiə edə bilərik. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər".
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO