YAP-dan ETİRAZ – Jurnalistikanın prinsipləri POZULUB

YAP-dan ETİRAZ – Jurnalistikanın prinsipləri POZULUB

Hazırda oxunan: YAP-dan ETİRAZ – Jurnalistikanın prinsipləri POZULUB

17968

 “The Guardian” qəzetinin elektron saytında Erre Galvezin müəllifi olduğu “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqalə dərc edilib. 

Məqalədə bütün məlumatlar birtərəfli, araşdırma və yoxlama aparılmadan, ittiham olunan tərəfin mövqeyi dinlənilmədən, balans qorunmadan dərc olunub.

Çünki müəllif ancaq Azərbaycanda radikal müxalifətin nümayəndələrinə və müxalif “Azad söz” facebook səhifəsində aparılmış “araşdırmaya” istinad edib. Bununla da, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub".

Bizim.Media xəbər verir ki, bu açıqlama YAP-ın rəsmi saytında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

YAP-dan Cəmil Həsənli ilə bağlı AÇIQLAMA - FOTO


Bəyanatda deyilir ki, sözügedən məqalədə ədalətin pozulması, şəxsi mənfəət, tərəfkeşlik, qərəz, siyasi diskriminasiya, kompilyativ elementlər açıq şəkildə görünməkdədir: 

"Müəllifin deyilən ittihamlara münasibət bildirməsi üçün Yeni Azərbaycan Partiyasına şərait yaratmaması, qeyri-peşəkar davranması, Azərbaycanın iqtidar partiyasının imicini bilərəkdən ləkələmək məqsədilə böhtan xarakterli informasiyaları dərc etməsi beynəlxalq jurnalistikanın etik normalarının, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

“Rəsmən bəyan edirik ki, “Azad söz” facebook səhifəsində 06.03.2021-ci il tarixində dərc olunmuş postda rəyləri əks olunan feyk səhifələrin YAP-a aidiyyatı yoxdur. Biz ehtimal edirik ki, bu saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün müxalifət tərəfindən hazırlanıb. Digər tərəfdən, “Azad söz” facebook səhifəsində yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur.

Bildiririk ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də facebook üzərindən trol şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası yaradıb. Bu gün ən böyük trol şəbəkəsinə məhz onlar sahibdirlər.

Bu faktı AXCP sədri Əli Kərimlinin müavini olmuş, hazırda müxalif Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də təsdiqləyib: 

“Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın rəyasət heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”.

//www.youtube.com/watch?v=0fqWdbldBUg

ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilovun, Sevinc Osmanqızının da etirafları var ki,

AXCP trolları onları təhqir edir, hətta öldürəcəklərini, çökdürəcəklərini, bildirir, təhdid edilər.

//www.facebook.com/NAPYouthUnion/videos/294010318130821

//www.facebook.com/NAPYouthUnion/posts/2470090289804049

AXCP-nin üzvü olmuş Qorxmaz Əliyev, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli, müxalif REAL Partiyasının sədri İlqar Məmmədov, Aydın Kərimov və başqaları da AXCP trollarının təhqirlərinə məruz qalıblar.

//www.facebook.com/NAPYouthUnion/posts/2211323169014097

//www.facebook.com/NAPYouthUnion/posts/1894998330646584

AXCP və Əli Kərimli trol qruplarından siyasi rəqiblərinə qarşı “mənəvi terror” silahı kimi istifadə edir.

//www.facebook.com/NAPYouthUnion/posts/1976274495852300

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı "WhatsApp" qrupuna göndərdiyi səsyazısı da Əli Kərimlinin trol şəbəkəsini ifşa edir.

//www.facebook.com/NAPYouthUnion/posts/1891600880986329

Bu linklərin hər biri AXCP-nin və Əli Kərimlinin böyük trol – “təhqir maşını”na sahib olduğunu isbatlayır. Bu baxımdan, hesab edirik ki, “The Guardian” qəzetinin YAP haqqında yazdığı böhtan, şər AXCP-nin və Əli Kərimlinin trol şəbəkəsini ifşa etdiyi üçün YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

“The Guardian” qəzeti obyektiv araşdırmalar aparmaqla dəqiq və düzgün qənaətə gələ bilər. Bu kontektsdə “The Guardian” qəzetinin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş məlumatları yoxlamadan, dəqiqləşdirmədən dərc etməsi beynəlxalq məhkəmə predmetinə çevrilməkdədir. 

“The Guardian” qəzetinin rəhbərliyindən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yazılan birtərəfli, böhtan xarakterli məlumatlara görə beynəlxalq jurnalistikanın etik qaydalarına və beynəlxalq qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib çap olunsun".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO