İran-Ermənistan münasibətlərində GƏRGİNLİK – Köhnə dostlar düşmənə ÇEVRİLİR?

Hazırda oxunan: İran-Ermənistan münasibətlərində GƏRGİNLİK – Köhnə dostlar düşmənə ÇEVRİLİR?

179556

Ermənistan nümayəndə heyətinin İrana son səfəri gərgin şəraitdə keçib. “Hraparak” nəşri öz mənbələrinə istinadən yazıb ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüş keçirib. 

Rəisi Ermənistan nümayəndə heyətinə Rusiyanın Qafqazdan sıxışdırılmasının son dərəcə arzuolunmaz olduğunu açıqlayıb. Rəsmi İrəvan bu səfərlə bağlı detallı açıqlama verməyib.

Demək olar ki, onlar əsas mövzudan yayınıblar və sadəcə olaraq bildiriblər ki, İran Ermənistanın suverenliyini dəstəkləyir. 

“Rıbar” teleqram kanalı yazır ki, bağlı qapılar arxasında Rəisi bəyan edib ki, İran Rusiyanın hərbi mövcudluğunu gözdən salmaqla, hazırda İrəvanda açıq şəkildə axtarılan regional təhlükəsizliyin nəzarətinin Qərbə tam ötürülməsinə imkan vermir.

Bu məlumat istər-istəməz ondan xəbər verir ki, İran da Ermənistandan üz çevirməyə başlayıb. Bu da şübhəsiz ki, İrəvanın Qərbpərəst mövqe sərgiləməsi, sərhədə mülki adı altında Avropa İttifaqı missiyasını yerləşdirməsilə əlaqədardır. 

“İranın Ermənistan sevgisi bitən deyil”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İmayılov isə bildirir ki, aralarında nələrin baş verməsindən asılı olmayaraq, İranın Ermənistan sevgisi və dəstəyi bitən deyil: 

“Faktiki olaraq bu gün Zəngəzur bölgəsi ilə bağlı hər hansı bir təhdid mümkün deyil. Azərbaycan dəfələrlə bildirib ki, o, hansısa hərbi güclə Zəngəzur dəhlizinin açılması niyyətində deyil. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı açıq və konkret mövqeyinə rəğmən, hələ də İran və Ermənistan Azərbaycanı bir çox məsələdə ittiham etməyə çalışır. 

Özlərinin “siyasi, iqtisadi, hərbi” birliyini, nələrə isə əsaslanaraq bəhanə kimi Zəngəzurun hansısa formada təhdid olma faktorundan istifadə etməyə çalışırlar.

Qeyd edim ki, iki ölkə arasında münasibətlərdə yumşalma olsa da hələ də İran ərazisindən Azərbaycan əleyhinə informasiya terroru aparanlar ölkəmizə təhvil verilməyib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla arasındakı münasibətlərin necə olmasından aslı olmayaraq İranın Ermənistan sevgisi və dəstəyi bitməyəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO