Aleksey Arestoviçdən Şuşa əməliyyatı ilə bağlı gizli MƏQAMLAR – VİDEO

Aleksey Arestoviçdən Şuşa əməliyyatı ilə bağlı gizli MƏQAMLAR – VİDEO

Hazırda oxunan: Aleksey Arestoviçdən Şuşa əməliyyatı ilə bağlı gizli MƏQAMLAR – VİDEO

17955

“Şuşa demək olar ki, əlbəyaxa döyüşlə azad olunub. Erməni və azərbaycanlı əsgərlərdə bıçaq və tapança yaraları qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksey Arestoviç “BUDROOO_NEWS”- a müsahibəsi zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna azad edilən ərazilərin bərpasında iştirak etmək istəyir - FOTO


Arestoviçin sözlərinə görə, azərbaycanlı xüsusi təyinatlılar Şuşaya daxil olmaq üçün cənub və şimal hissədən dağlıq massivdən istifadə ediblər:

“Bununla da azərbaycanlılar erməni hərbi komandanlığını möhtəşəm şəkildə aldadıblar. Təsəvvür edin ki, zirehli texnikanın müdafiə etdiyi şəhəri zirehli texnika olmadan azad ediblər. Şuşa əməliyyatı 1940-cı ildə Arden müdafiəsini yarıb keçmək kimi unikaldır.

Ermənilər məəttəl qalmışdı. Çünki özləri də yazırdı ki, Şuşanı azad etmək üçün azərbaycanlılar əli yalın formada pulemyotun üstünə gəlirdilər. Bənzərsiz şücaətdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO