Yaxın Şərqdə GƏRGİNLİK ARTIR – HƏMAS-İsrail münaqişəsi nə vaxtadək DAVAM EDƏCƏK?

Hazırda oxunan: Yaxın Şərqdə GƏRGİNLİK ARTIR – HƏMAS-İsrail münaqişəsi nə vaxtadək DAVAM EDƏCƏK?

179528

Son günlər İsrail-HƏMAS münaqişəsində aktivlik yenidən artmağa başlayıb. Bu isə hər iki tərəfdən itkilərin sayı artması ilə nəticələnib. Tərəflər isə geri addım atmaq niyyətindən xeyli uzaq görünürlər. 

Bəs görəsən, prosesin gedişatı necə olacaq? 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, həm HƏMAS, həm də İsrail hədəflərindən imtina etmirlər: 

“HƏMAS iddia edir ki, İsrailin planı baş tutmayacaq. İsrail də israrla Qəzza zolağında və Fələstində silahlı qruplaşmaları sıradan çıxarmağı hədəf qoyub. Ona görə də müharibə şiddətlənib. Eləcə də həm HƏMAS-ı, həm də İsraili dəstəkləyən qüvvələr yardımlarını davam etdirirlər. 

Bundan əlavə, ötən gün BMT Təhlükəsizlik Şurasında atəşkəs və humanitar məsələlər ilə bağlı qətnamə qəbul edilməyib. Bu qətnamənin qəbul edilməməsi silahlı qarşıdurmanın davam edəcəyini deməyə əsas verir. 
Söhbət təkcə HƏMAS-İsrail müharibəsindən getmir. Əsas məğz Yaxın və Orta Şərqdə Fələstin məsələsi ətrafında ziddiyətlərin toqquşması ilə bağlıdır. Bu ziddiyətlər bəzi məqamlarda tərəfləri müəyyənləşdirir. HƏMAS tərəfdə İran və ona yaxın ölkələr, İsrail tərəfdə isə ABŞ, Böyük Britaniya və bu dövlətlərə yaxın olan ölkələr var. Beynəlxalq arenada cəbhələşmə olduğundan bu müharibə davam edir.

Yaxın Şərqdə müharibənin bitməsi cəbhələşmiş qüvvələrin birinin digərini sıradan çıxarması anlamına gələcək. 

İsrail təkcə silahlı qruplaşma ilə mübarizə aparmır. 5 aya yaxın müddətdir ki, müharibə davam edir. İndiyə kimi HƏMAS-ın silah arsenalı tükənməli idi. Niyə tükənmir? Çünki arxasında danışdığımız ölkələrin dayandığı istisna olunmur. Bu ziddiyətlərə görə müharibə alovlanır və davam edir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO