“Belarus prezidenti Aleksandr Lukaşenko Bakını tərk etdikdən bir gün sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Maraqlıdır ki, prezidentlər telefon danışığında iki ölkə arasındakı əlaqələrin indiki səviyyəsi ilə yanaşı Dağlıq Qarabağ mövzusunu da müzakirə ediblər”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında deyib.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenko Azərbaycan səfərindən dərhal sonra Putinlə danışdı - Qarabağdakı vəziyyət...
Politoloqun sözlərinə görə Aleksandr Lukaşenko Bakıdakı açıqlamalarında Azərbaycana dəstək verdiyini gizlətmədi:
“Lukaşenko onu da dedi ki, elə bir məsələ yoxdur ki, Minsklə Bakı arasında fikir ayrılığı olsun. Mümkündür ki, qapalı görüşdə rəsmi Bakının “İsgəndər” raketləriylə bağlı Moskvanın siyasətindən narazılıq da səsləndirilib. Belarus Rusiyanın müttəfiqi sayılır.
Ona görə Bakı Moskva ilə təmaslarında Minskin imkanlarından da istifadə edə bilər.
Lukaşenkonun belə bir təcrübəsi var. Belarus prezidenti daha öncə Azərbaycan prezidentinin Qarabağ münaqişəsinin həlliylə bağlı mesajlarını Ermənistanın keçmiş prezidentinin də diqqətinə çatdırmışdı. Sadəcə, Belarus prezidenti vasitəçilik təşəbbüslərində hələ ki, uğur qazanmayıb. Kreml sahibinin də Lukaşenkonun Qarabağla bağlı mövqeyi az maraqlandırır”.
Alçina Amilqızı, Bizim.Media