Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası komitə iclasları ilə davam etdirilib - FOTO

Hazırda oxunan: Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası komitə iclasları ilə davam etdirilib - FOTO

179415

Xəbər verdiyimiz kimi fevralın 22-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirib.

Bizim.Media xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

APA-nın 14-cü sessiyası çərçivəsində İqtisadi və davamlı inkişaf komitəsinin iclası keçirilib.

İclasa moderatorluq edən APA-nın Baş katibinin müavini Kia Tabatabee Assambleyanın Bakıda keçirilən plenar sessiyası çərçivəsində baş tutan İqtisadi və davamlı inkişaf komitəsinin iclasında 7 qərar layihəsinin təsdiqlənəcəyini diqqətə çatdırıb.

K.Tabatabee diqqətə çatdırıb ki, qərar layihələrinin qəbulu prosesində APA-ya üzv ölkələrin nümayəndələrinin təklifləri nəzərə alınacaq.

Müzakirələrdən sonra iclasın sonunda 7 qərar layihəsi təkliflər əsasında dəyişikliklərlə qəbul edilib.

APA-nın Büdcə və planlaşdırma komitəsinin iclasında qurumun 2024-cü il üçün büdcəsi və növbəti il üçün büdcə smetasının təsdiqlənməsi məsələsi müzakirəyə çıxarılıb.

İclasın moderatoru, İran parlamentinin üzvü Abolfazi Amoouei bildirib ki, ötən il komitənin İranda keçirilən iclasında APA-ya üzv ölkələrin bərabər qaydada üzvlük haqqı ödəməli olduqları qərara alınıb və bu məbləğ 22 min ABŞ dolları civarında olmalıdır. O, bu məsələ ilə bağlı hələ müzakirələrin aparıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, APA-nın Qətərdə keçiriləcək iclasında bu məsələ dəqiq həllini tapacaq.

Müzakirə və təkliflərdən sonra APA-nın büdcəsinin planlaşdırılması haqqında qərar layihəsi də qəbul olunub. Hər iki iclasda Milli Məclisin deputatı Vüqar Bayramov gündəlikdə olan məsələlərlə bağlı təkliflərini səsləndirib.

Assambleyanın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Plenar sessiya işinə fevralın 24-də yekun vuracaq.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO