Azərbaycan ilə Tailand parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycan ilə Tailand parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Hazırda oxunan: Azərbaycan ilə Tailand parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

179288

Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, S.Qafarova bu cür görüşlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan paytaxtının Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına uğurla ev sahibliyi edəcəyinə inam ifadə olunub, sessiya çərçivəsində bir sıra vacib məsələlərin müzakirə ediləcəyi diqqətə çatdırılıb.

Vanmuhamadnoor Matha səfəri çərçivəsində Bakıda gördükləri, paytaxtımızın arxitekturası və mədəni mühiti haqqında müsbət təəssüratlarını bölüşüb.

Seçkilərdə inamlı qələbə münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Milli Assambleyanın prezidenti Azərbaycanın bundan sonra da dövlətimizin başçısının rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəyini deyib.
Sahibə Qafarova Azərbaycanın Vətən müharibəsində öz torpaqlarını 30 illik işğaldan azad etməsi, ötən il həyata keçirilən antiterror tədbirlərinin nəticələri, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən nəhəng bərpa və yenidənqurma işləri, Ermənistanın ərazilərimizi minalaması və bu təxribatın yaratdığı maneələr barədə məlumat verib.

Vanmuhamadnoor Matha Tailandın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini hər zaman dəstəklədiyini, bununla bağlı mövqelərinin birmənalı olduğunu qeyd edib.

Söhbət zamanı, həmçinin Azərbaycanın demokratik inkişaf yolu, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə də məlumat verilib.

Görüşdə ölkələrimiz arasında ticarət, təhsil, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb, parlamentlər arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin əlaqələrimizin daha da yaxşılaşdırılmasına töhfə verəcəyi bildirilib, parlamentlər arasında münasibətlərdə dostluq qruplarının rolu vurğulanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO