“Qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistana ortaq komissiya yaratmaq barədə təklif vermişdik. Ermənistan nə özünə, nə də tarixinə güvənir, əksinə yalançı təbliğata üstünlük verir”.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənipərəstlərə qarşı immunitet formalaşıb” – Fərhad Məmmədov
Bayden administrasiyası tərəfindən qondarma soyqırıma münasibətin necə olacağına dair suala isə Xİn başçısı belə cavab verib:
“ABŞ kimi bir dövlət beynəlxalq hüquqa görə,belə bir qərar verməməlidir. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal - tutaq ki qəbul etdi. Nəsə deyilsə belə sözlə tarix dəyişməyəcək. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”.
Bizim.Media