Naxçıvanlı iş adamlarına yeni imkanlar açılır - Millət vəkilindən AÇIQLAMA 

Naxçıvanlı iş adamlarına yeni imkanlar açılır - Millət vəkilindən AÇIQLAMA 

Hazırda oxunan: Naxçıvanlı iş adamlarına yeni imkanlar açılır - Millət vəkilindən AÇIQLAMA 

17917

"Prezident İlham Əliyev Zəngəzur dəhlizinin reallığa çevrildiyini bəyan edib. Bu dəhliz 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ermənistanı Zaqafqaziyada əsas müttəfiq adlandırdı


Deputatın sözlərinə görə, dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək:

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir.

Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.

Vüqar Bayramov onu da əlavə edib ki, dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək:

“Eləcə də ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən, sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO