“Bizi Şuşaya, Türk Dövlətləri Təşkilatının zirvə toplantısına dəvət etdiyi üçün İlham Əliyevə təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar jurnalistlərə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Ərdoğanla geniş tərkibdə görüşünün mövzusu AÇIQLANIB
Prezident Şuşada ölkəsini təmsil etməkdən qürur duyduğunu bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə liderinə təşəkkür borcu olduğunu bildirib.
"Bu ziyarətdən sonra, təbii ki, bəzi qüvvələrin üzərimizə hücumları olacaq. Lakin biz əsla geri çəkilməyəcəyik. Şimali Kipr Türk Cümhuriyyətinin dünyaya tanıdılması üçün əlimizdən gələni edəcəyik", - deyə Ersin Tatar bildirib.
Bizim.Media