Seneqal səfiri Qarabağa səfər edəcək

Seneqal səfiri Qarabağa səfər edəcək

Hazırda oxunan: Seneqal səfiri Qarabağa səfər edəcək

178970

Seneqalın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyen Qarabağ və Şərqi Zəngəzura səfər etmək niyyətində olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o, bunu report.az-a müsahibəsində deyib.

“Mənə dəvət gəldi. Amma həmin dövrdə etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etmədiyim üçün getməyim mümkün olmadı. Qarabağa və Şərqi Zəngəzura səfərim başlıca planlarım arasındadır. Ora getmək üçün müraciət edəcəyəm. Onu da deyim ki, Seneqal Qarabağ məsələsində Azərbaycanın siyasətini dəstəkləyir. Cənab İlham Əliyev mənə Qarabağla bağlı çox gözəl bir kitab verdi. Nəfis tərtibatlı kitab mənim üçün çox dəyərlidir”.

Qeyd edək ki, Ş.Qeyen eyni zamanda ölkəsini Türkiyədə təmsil edir və iqamətgahı Ankarada yerləşir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO