“Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
“Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.
Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm. Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm” , - deyə Ərdoğan qeyd edib.
Bizim.Media