“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bu il ev sahibliyi etməyinizdən böyük məmnunluq duyuram. Növbəti fövqəladə Zirvə toplantımızı, İnşallah, Şuşada keçirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edib:
“Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. Təşkilatımız çərçivəsində əməkdaşlığı daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:11 / 19.02.2024
Ərdoğan Şimali Kiprin Zirvə toplantısına qatılmasında göstərdiyi həssaslığa görə Azərbaycana TƏŞƏKKÜR EDİB
Hazırda oxunan: Ərdoğan Şimali Kiprin Zirvə toplantısına qatılmasında göstərdiyi həssaslığa görə Azərbaycana TƏŞƏKKÜR EDİB
Hazırda oxunan: Ərdoğan Şimali Kiprin Zirvə toplantısına qatılmasında göstərdiyi həssaslığa görə Azərbaycana TƏŞƏKKÜR EDİB
178937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.