“Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə deyib.
Dövlətimizin başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd edib və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:51 / 17.02.2024
Prezident: “Azərbaycan Şimal və Cənub arasında həmrəyliyə nail olmaq üçün səylərini əsirgəməyəcək”
Hazırda oxunan: Prezident: “Azərbaycan Şimal və Cənub arasında həmrəyliyə nail olmaq üçün səylərini əsirgəməyəcək”
Hazırda oxunan: Prezident: “Azərbaycan Şimal və Cənub arasında həmrəyliyə nail olmaq üçün səylərini əsirgəməyəcək”
178659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.