“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəkləyir. Artıq regionda de-fakto sülhü mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenin görüşündə bildirib.
Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.
Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:36 / 17.02.2024
Prezident: “Azərbaycan-ABŞ əlaqələri Ermənistanla münasibətlərimizdən kənar inkişaf etdirilməlidir”
Hazırda oxunan: Prezident: “Azərbaycan-ABŞ əlaqələri Ermənistanla münasibətlərimizdən kənar inkişaf etdirilməlidir”
Hazırda oxunan: Prezident: “Azərbaycan-ABŞ əlaqələri Ermənistanla münasibətlərimizdən kənar inkişaf etdirilməlidir”
178657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.