“İndiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq.
ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə Münxendə görüşü zamanı deyib.
Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Nitqinin sonunda Blinken ölkəmizin başçısına görüşə vaxt ayırdığına görə təşəkkür edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:14 / 17.02.2024
Blinken: “ABŞ Azərbaycanla əlaqələri çox yüksək qiymətləndirir”
Hazırda oxunan: Blinken: “ABŞ Azərbaycanla əlaqələri çox yüksək qiymətləndirir”
Hazırda oxunan: Blinken: “ABŞ Azərbaycanla əlaqələri çox yüksək qiymətləndirir”
178653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.