Zelenski İrpenin bərpasına verdiyi dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB - FOTO/VİDEO

Zelenski İrpenin bərpasına verdiyi dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB - FOTO/VİDEO

Hazırda oxunan: Zelenski İrpenin bərpasına verdiyi dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB - FOTO/VİDEO

178649

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz zamanı biz potensial müştərək iqtisadi layihələri, o cümlədən ticarət-iqtisadiyyat, enerji, humanitar yardım və digər sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə etdik”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ukrayna prezidentlərinin görüşü baş tutdu - FOTO


Zelenski qeyd edib ki, Münxendə keçirilən görüş zamanı İrpenin bərpası üçün layihələr həyata keçirdiyinə görə Prezident Əliyevə minnətdarlığını ifadə edib.

“Əminəm ki, Ukrayna-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bölüşürük” , - deyə Ukrayna lideri qeyd edib.
 



Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO