Yaponiyanın Baş naziri: “Azərbaycan regionun sabitliyinin və inkişaf açarının sahibidir”

Yaponiyanın Baş naziri: “Azərbaycan regionun sabitliyinin və inkişaf açarının sahibidir”

Hazırda oxunan: Yaponiyanın Baş naziri: “Azərbaycan regionun sabitliyinin və inkişaf açarının sahibidir”

178561

Yaponiyanın Baş naziri Fumio Kişida Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Yaponiya hökuməti və Yaponiya xalqı adından səmimi təbriklərimi çatdırıram.

Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi üçün önəmli rola malik ölkə olmaqla yanaşı, regionun sabitliyinin və inkişaf açarının sahibidir. 2022-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. Diplomatik münasibətlər qurulandan sonra hökumətlərarası dialoqlar başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası, həmçinin regionlarda yerli özünüidarəetmə orqanları arasındakı münasibətlər, iqtisadi və ekoloji sahədə əməkdaşlıq və digər istiqamətlərdə əlaqələr fəallaşmaqdadır.
Yaponiya və Azərbaycan arasındakı önəmli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün Zati-alinizlə əməkdaşlıq etmək niyyətindəyəm.

Azərbaycana, eləcə də Azərbaycan xalqına ürəkdən firavanlıq arzu edirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO