İsrail lideri: “Azərbaycanla münasibətləri yüksək dəyərləndiririk”

Hazırda oxunan: İsrail lideri: “Azərbaycanla münasibətləri yüksək dəyərləndiririk”

178544

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, İsxak Hersoq bu münasibətlə dövlətimizin başçısına ünvanlandığı təbrik məktubunda yazıb: 

“Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək”.
O qeyd edib ki, İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk.

“Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.

Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə İsrail Prezidenti vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO