Xəbər verdiyimiz kimi fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.
Bizim.Media xəbər verir ki, görüşdə alman iş adamlarının Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduqları bildirilib.
Xüsusilə nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələrinin fevral ayında Azərbaycana səfərinin həyata keçirilməsi barədə Prezident İlham Əliyevə məlumat verilib.
Qeyd edilib ki, bu səfər Azərbaycan Prezidentinin ötən il Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və bu, indiyədək həm təmsilçilik, həm də say baxımından iş adamlarının ən böyük nümayəndə heyəti olacaq.
Görüşdə ölkəmizdə COP29-un keçirilməsinin öz növbəsində daha geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsi işinə xidmət etdiyi qeyd olunub.
Bizim.Media
![Alman iş adamlarının fevral ayında Azərbaycana səfəri PLANLAŞDIRILIR Alman iş adamlarının fevral ayında Azərbaycana səfəri PLANLAŞDIRILIR](https://bizim.media/file/articles/2024/02/16/1708107801_photo_5368737883852234077_y.jpg)
- A-
- A
- A+
Siyasət
22:20 / 16.02.2024
Alman iş adamlarının fevral ayında Azərbaycana səfəri PLANLAŞDIRILIR
Hazırda oxunan: Alman iş adamlarının fevral ayında Azərbaycana səfəri PLANLAŞDIRILIR
Hazırda oxunan: Alman iş adamlarının fevral ayında Azərbaycana səfəri PLANLAŞDIRILIR
178542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.