“Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verilir, artıq ölkəmiz yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 16-da Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə görüşü zamanı deyib.
Dövlətimizin başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edib.
Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edilib. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:04 / 16.02.2024
İlham Əliyev: “Azərbaycan yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcək”
Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcək”
Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcək”
178533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.