ReAL-ın erməniləri Bakı, Sumqayıt və Gəncəyə gətirmək İSTƏYİ – Partiya rəhbərləri OD PÜSKÜRDÜ

ReAL-ın erməniləri Bakı, Sumqayıt və Gəncəyə gətirmək İSTƏYİ – Partiya rəhbərləri OD PÜSKÜRDÜ

Hazırda oxunan: ReAL-ın erməniləri Bakı, Sumqayıt və Gəncəyə gətirmək İSTƏYİ – Partiya rəhbərləri OD PÜSKÜRDÜ

17853

ReAL partiyasının icraçı katibi Natiq Cəfərli Azərbaycanın Ermənistanla sülh şəraitində yaşamağın vacibliyini və logistik əlaqələrin bərpasını gündəmə gətirib. Partiya rəsmisi ermənilərin Bakı, Sumqayıt və Gəncəyə qayıtmasına razılıq verilməsi tələbi ilə çıxış edib. O, deyib ki, erməni əsilli azərbaycanlıların ölkəmizə qayıtması məsələsinə razılıq verməliyik.

“Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır.

Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik.

Çünki demoqrafik üstünlük bizdədi, yaxın 25-30 ilə regionda demoqrafik üstünlük tam bizdə olacaq. Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”deyə partiya funksionerin bu fikirləri ictimaiyyətdə ciddi rezonans doğurub. 

Çox keçməyib ki, bəzi siyasi partiya rəhbərləri tərəfindən ReAl partiyasının icra katibi Natiq Cəfərliyə cavab verilib. 

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ermənilərin Bakı, Sumqayıt və Gəncəyə qayıtmasının mümkünsüzlüyünü qeyd edib:

“Yalnış mövqedir. Ermənilərin Bakı, Sumqayət və Gəncədə işi yoxdur. Onlar bura qayıda billmz. Ola bilsin ki, bu fikri ortaya atanlar cəmiyyətdə sensasiya təşəbbüsündən çıxış ediblər. Hətta bu, “uşaqpulu verilməsin” bəyanatının davamı ola bilər”.

AĞ Partiya başqanı Tural Abbaslı isə qeyd edib ki, partiya olaraq ümumiyyətlə ReAL-ı ciddi struktur hesab etmirlər:

“Biz qeyri-ciddi partiya və onların funksionerlərinin fikirlərinə mövqe bildirmirik. Hazırda Natiq Cəfərli imiş, İlqar Məmmədov imiş, kim imiş, onların mövqelərinə fikir bildirmirəm və bizim partiyadan da bildirilməyəcək. Çünki partiyamızın qərarı var ki, ReAL adlı qurumun nə addımına, nə də funksionerlərinin fikir və ifadələrinə münasibət bildirməyək.

Onları ciddi struktur hesab etmirik. Biz onlarla eyni yerdə adımızın hallanmasını məqbul hesab etmirik. Digər məsələyə gəlincə, təbii ki, ermənilər Bakı, Sumqayıt və Gəncəyə qaytmamalıdır. Əksinə biz tarixi torpaqlarımıza dönməliyik”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO