“NATO ölkələri ABŞ-ın axmaqlığına gülürlər, onun lideri (Co Bayden) hər dəfə kimsə istəyəndə 60 milyard dollar verir. Biz bunu etməməliyik. Rəhbərliyimizə görə axmaq ölkə olduğumuzu düşünürlər”, - deyə sabiq ABŞ prezidenti Tramp bildirib.
Bəs görəsən, Tramp bu açıqlaması ilə ABŞ xalqının nüfuzunu qazanmağa çalışır? Hakimiyyətə gəldiyi təqdirdə Ukrayna ilə əlaqələri necə olacaq?
Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
N.Miri vurğulayıb ki, NATO ilə bağlı Trampın yanaşması heç vaxt fərqli olmayıb:
“O düşünür ki, ABŞ öz hesabına bütövlükdə Avropa qitəsini pulsuz qorumalı deyil. Tramp hər zaman tələb edirdi ki, bütün Avropa özünün ümumi daxili məhsulunun ən azı 2 faizini və daha yuxarısını NATO-nun büdcəsinə ödməlidir. Trampa qədər büdcə ağırlığı ABŞ-nin üzərinə düşüb. Dünyanın hakimi olmaq iddiasında olan ölkə həm yumşaq, həm sərt güc olaraq bütün ehtiyacları ödəməlidir.
Lakin Tramp biznesmendir. O, dövlət adamı və ya siyasətçi deyil. Ümumiyyətlə, “dövlət” anlayışı bu adamda anormal formalaşıb. Tramp kimi adamlar yalnız mənfəət şüurunda hərəkət edirlər. Bu, ABŞ-nin ən böyük faciəsidir. Trampın fikirlərini yenidən seçilməsi üçün ortaya atılan manipulyasiya üsulu kimi qiymətləndirə bilmərik. Onun NATO-ya, ABŞ-nin siyasətinə baxışı bu kontekstdədir”.
Politoloq qeyd edib ki, ABŞ-nin növbəti Tramp olacaqsa, Ukraynaya münasibət dəyişəcək:
“Tramp təzyiq mexanizmini bütün hərbi yardımların dayandırılmasında görür. Bu cür təzyiq olunarsa, Ukraynanın sülh masasına oturacağını zənn edir. Lakin bu, yanlış yanaşmadır. Trampın “ukraynalı” və “vətən” anlayışlarını anlamır. Bu anlayışlar ukraynalılarda çox yüksək səviyyədədir. Bu baxımdan düşünürəm ki, ukraynalılar son nəfəslərinə qədər bu müharibəni davam etdirəcəklər. Trampın Ukraynanı masa arxasına keçirmək üçün yardımları dayandırmaq istəyi primitiv və absurd yanaşmadır.
Onun yenidən prezident seçilməsi təkcə Amerikanın yox, həm də dünyanın başına faciələr gətirəcək.
Bu gün HƏMAS – İsrail qarşıdurmasının fundamental səbəblərindən biri məhz Tramp və zamanında onun yaratdığı layihə idi. O, Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bundan əlavə, Suriyanın ərazisi olan Qolan təpələrini İsrailin tərkib hissəsi kimi tanıdı. Bu cür qeyri-ciddi adam beynəlxalq münasibətlər sisteminə olmazın zərbələr vurub”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 17.02.2024
“Tramp yenidən ABŞ prezidenti seçilsə, Ukraynaya yardımlar dayanacaq” – ŞƏRH
Hazırda oxunan: “Tramp yenidən ABŞ prezidenti seçilsə, Ukraynaya yardımlar dayanacaq” – ŞƏRH
Hazırda oxunan: “Tramp yenidən ABŞ prezidenti seçilsə, Ukraynaya yardımlar dayanacaq” – ŞƏRH
178507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.