Rusiyanın “Vedomosti” nəşrinin məlumatına görə, son 3 ildə bu ölkədə azərbaycan dilini öyrənmək istəyənlərin sayı artıb. Mətbu orqanın yazdığına görə 2022-ci ildən başlayaraq, ruslar MDB ölkələri dilləri üzrə repetitor xidmətlərinə daha tez-tez müraciət etməyə başlayıblar.
“YouDo” analitik şöbəsinin araşdırmalarına görə, son 3 ildə Azərbaycan dilini öyrənmək üçün repetitorlara müraciət edənlərin sayın 30 faiz artıb. Məlumata görə, bu müddət ərzində qazax, gürcü, belarus, qırğız, tacik və özbək dillərini öyrənmək istəyən rusların sayında da artım olub.
“Ruslar başa düşür ki...”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiya vətəndaşlarının Azərbaycan dili daxil olmaqla MDB xalqları dillərini öyrənməyə meyl etməsində Ukrayna müharibəsi fonunda Qərblə əlaqələrin zəifləməsi öz sözünü deyib:
“Rusiyada keçmiş sovet respublikalarından olan vətəndaşların çoxsaylı icmaları var. Rusiya cəmiyyəti Ukrayna savaşı fonunda gözəl anlayır ki, Qərbə doğru inteqrasiyalarının qarşısı alınıb. Təkcə dəhlizlər bağlanmayıb. Həm də Rusiya vətəndaşları üçün bilet satışları, viza verilməsinə də məhdudiyyətlər qoyulub. Bu yolla Qərb çalışır ki, Rusiya cəmiyyəti Kreml hakimiyyətindən narazı qalsın.
Rusiya əhalisi də Qərb istiqamətində yolların bağlanması fonunda alternativlər axtarır. Belədə rusların MDB məkanı ölkələrinə marağı da istər-istəməz artır.
MDB ölkələrinə turist səfərləri, bu əsasda həmin məkanda vizasız gediş-gəlişin olması, nəhayət mentalitet dili olaraq insanların bir dildə danışmaları Rusiya vətəndaşlarını Azərbaycan və digər MDB dillərini öyrənməyə həvəsləndirib.
Sovet mühitində bir çətir altında olan insanlar indinin özündə də tez zamanda bir-birilə dil tapır. Özümüz də şahidi oluruq ki, adətən ingilis dilində sərbəst danışsaq da, Qərb insanı ilə aramızda böyük anlaşma uçurumu var”.
Ekspertə görə, Azərbaycan dilini öyrənmək istəyən Rusiya vətəndaşlarının sayının artmasında cazibə amili də rol oynayır:
“Azərbaycan çox sürətlə inkişaf edi. Rusiyanın aparıcı elit qruplarının nümayəndələri tez-tez asudə vaxtlarını ölkəmizdə keçirməyə üstünlük verir. Ona görə də Rusiya vətəndaşları arasında Azərbaycan dilini öyrənmək istəyənlərin sayının artmasından qətiyyən təəccüblənmirəm. Bu ölkəmiz üçün başucalığı gətirən məsələdir. Rusiyada Azərbaycana olan rəğbət artıb”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:20 / 17.02.2024
Rusların Azərbaycan dilini öyrənmək arzusunun MARAQLI SƏBƏBLƏRİ
Hazırda oxunan: Rusların Azərbaycan dilini öyrənmək arzusunun MARAQLI SƏBƏBLƏRİ
Hazırda oxunan: Rusların Azərbaycan dilini öyrənmək arzusunun MARAQLI SƏBƏBLƏRİ
178489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.