Əli Əsədov hökumətin prioritetlərini AÇIQLADI 

Əli Əsədov hökumətin prioritetlərini AÇIQLADI 

Hazırda oxunan: Əli Əsədov hökumətin prioritetlərini AÇIQLADI 

178427

Azərbaycanın Baş naziri vəzifəsinə namizəd Əli Əsədov növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsinin əsas prioritet məsələ olacağını bildirib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı məlumat verib. 

Baş nazir postuna namizəd qeyd edib ki, Prezident İlham Əliyevin müdirk rəhbərliyi ilə rəşadətli ordu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməsi ilə ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tarixinin ən şanlı səhifəsidir:

“Növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi əsas prioritet məsələ olacaq.

Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub və olacaq. Əhalinin rifahın yaxşılaşdırılması, eləcə də şəhid ailələri və müharibə əlillərininin sosial rifahı önəmli vəzifə kimi yenə də hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin təhsili, milli-mənəvi dəyərlərə azərbaycançılıq prinsipinə əsaslanaraq formalaşması müasir çağırışlara yiyələnməsi gələcək inkişafın təminatçısı olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO