Azərbaycanlı deputat Moskvada Ermənistan nümayəndə heyətinin saxta ittihamlarını İFŞA ETDİ

Azərbaycanlı deputat Moskvada Ermənistan nümayəndə heyətinin saxta ittihamlarını İFŞA ETDİ

Hazırda oxunan: Azərbaycanlı deputat Moskvada Ermənistan nümayəndə heyətinin saxta ittihamlarını İFŞA ETDİ

178368

“Hazırda Qarabağın işğaldan azad edilmiş əraziləri Xirosima və Naqasakini xatırladır”.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Moskvada neokolonializmin müasir təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş “Millətlərin azadlığı uğrunda!” mövzusunda beynəlxalq forumda Milli Məclisin deputatı Nizami Səfərov bəyan edib.

N.Səfərov Ermənistan nümayəndə heyətinin təmsilçisinin çıxışına və saxta ittihamlarına cavabında qeyd edib ki, bu ölkənin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqları Xirosima və Naqasakini xatırladır:

“2020-ci ilin noyabrında üçtərəfli Bəyanat imzalandıqdan sonrakı dövrdə Qarabağın işğaldan azad olunmuş ərazilərində 350-dən çox insan 2021-ci ildə Ermənistan ərazisində istehsal edilmiş minaların qurbanına çevrilib. 

Azərbaycan Cənubi Qafqazda yaşayan bütün xalqların maraqlarına cavab verən sülh sazişinin imzalanması üçün effektli platforma təklif edir.

Təəssüf ki, bir sıra məsələlər həll olunmamış qalır və bu da uzunmüddətli sülhün bağlanmasına, regionda beynəlxalq təhlükəsizlik mühitinin yaradılmasına maneə törədir”.

N.Səfərov vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin təmsilçilərinin çıxışlarında islamofob meyllər mövcuddur. “Biz qarşılıqlı düşmənçiliyi artırmaq deyil, neokolonializmin müasir təzahürlərinə qarşı mübarizə məsələlərinin müzakirəsi üçün buraya toplaşmışıq”, - deyə deputat əlavə edib.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO