“Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin”.
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Bəs maraqlıdır, türk birliyi böyük regional və qlobal gücə çevrilə bilərmi?
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışı proqram xarakterli olub:
“Prezident Azərbaycanın gələcək prioritetləri ilə bağlı dolğun təsəvvürlər formalaşdırdı. Ölkə Prezidenti xüsusi önəm verdiyi beynəlxalq platformaları da qeyd etdi. Bu mənada Türk Dövlətləri Təşkilatını xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bizi başqa yerlərdə gözləmirlər. Həqiqətən də, AŞPA başda olmaqla digər beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli mövqe sərgilənir.
Dövlət başçısı əlavə etdi ki, keçmiş münaqişə vəziyyəti ilə bağlı heç vaxt obyektiv mövqe sərgilənməyib. Ermənistan işğalçılıq siyasəti həyata keçirdiyinə görə qınanılmayıb. Lakin Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın keçmiş münaqişə vəziyyətində haqlı mövqeyini çərçivəsində Azərbaycanın keçmiş münaqişə vəziyyətində haqlı mövqeyi açıq mətnlə daim dəstəklənib, Ermənistanın işğalçılıq siyasəti qınanılıb.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında həm böyük nüfuza sahib olduğunu, həm də önəmli dəstək aldığını biz görməkdəyik. Ölkə başçısı da məhz bu kontekstdə sözügedən təşkilatın Azərbaycanın iştirakı və təşəbbüsü ilə daha da gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Azərbaycan Prezidentinin bir müddət öncə təşəbbüsü ondan ibarət oldu ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və təhlükəsizlik qurulmalıdır və genişləndirilməlidir. Bu da bir daha ona dəlalət edir ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının daha mütəşəkkil və təsirli bir beynəlxalq təşkilata çevrilməsində təşəbbüslər irəli süməkdədir.
Ölkəmiz praktiki addımları ilə də mövqe sərgiləməkdədir.
Təbii ki, kifayət qədər doğma və uğurlu olan belə bir platformanın güclənməsi bizim gücümüz deməkdir. Azərbaycan öz haqlı mövqeyini inamla müdafiə edə biləcəyi bir platformanın güclənməsində maraqlıdır. Bu platformanın resurslarının olduğunu da ölkə Prezidenti vurğulamış oldu. İqtisadi, siyasi, əhali və ərazi baxımından Azərbaycan TDT-ni özünə etibarlı dayaq kimi görməkdədir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:30 / 16.02.2024
Tarixi gücün OYANIŞI – Türk Dövlətləri Təşkilatı regional GÜCƏ ÇEVRİLİR
Hazırda oxunan: Tarixi gücün OYANIŞI – Türk Dövlətləri Təşkilatı regional GÜCƏ ÇEVRİLİR
Hazırda oxunan: Tarixi gücün OYANIŞI – Türk Dövlətləri Təşkilatı regional GÜCƏ ÇEVRİLİR
178348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.