Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib

Hazırda oxunan: Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib

178200

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram. Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk".

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO