Nazarbayevdən İlham Əliyevə: “Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə xalqın qəhrəmanına çevrildiniz”

Nazarbayevdən İlham Əliyevə: “Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə xalqın qəhrəmanına çevrildiniz”

Hazırda oxunan: Nazarbayevdən İlham Əliyevə: “Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə xalqın qəhrəmanına çevrildiniz”

178178

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir. Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz.

Mənim Sizə və Sizin ölkənizə xüsusi münasibətimin olduğunu bilirsiniz. Dostluğumuzu və qarşılıqlı etimadımızı yüksək dəyərləndirirəm.

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, hər zaman ruh yüksəkliyi və qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə Siz atanız Heydər Əliyevin arzusunu yerinə yetirdiniz, eyni zamanda xalqın qəhrəmanına çevrildiniz.

Ən xoş diləklərlə".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO