Prezidentdən MESAJ: “Hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz”

Prezidentdən MESAJ: “Hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz”

Hazırda oxunan: Prezidentdən MESAJ: “Hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz”

178169

“Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin andiçmə mərasimi – CANLI 


Bunun təvazökarlıqdan uzaq məsələ olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO