Azərbaycanlı səfir ingilis qəzetində Ermənistanın əsas problemi haqqında yazdı

Azərbaycanlı səfir ingilis qəzetində Ermənistanın əsas problemi haqqında yazdı

Hazırda oxunan: Azərbaycanlı səfir ingilis qəzetində Ermənistanın əsas problemi haqqında yazdı

178118

Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti “Redaktora məktublar” rubrikasında Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun məktubunu dərc edib.

Bizim.Media-nın məlumatına görə, məktubda deyilir: “Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazın geosiyasi əhəmiyyətini və ölkəsi ilə Azərbaycan arasında sülhün bərqərar olmasının vacibliyini bilir. O, həmçinin bilir ki, Ermənistanın problemlərinin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin üç onillik qanunsuz işğalından qalan mirasdır.

Ona görə də 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistanın Azərbaycanın təklif etdiyi sülh sazişi ilə bağlı istəksiz olması təəccüblü deyil. 

Ermənistanın ərazi bütövlüyünə hörmət nümayiş etdirməsi ümidverici olsa da, ölkənin bəzi rəsmi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları yer alır.

Ötən ilin dekabrında hər iki ölkənin liderləri Bakıda COP29 sammitinə ev sahibliyi etmək üçün tarixi razılaşma əldə etməklə davamlı sülhə sadiqliklərini nümayiş etdirdilər. İndi biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətlər bərpa olunsun.

Lakin Ermənistanın sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunduğundan, nəqliyyat dəhlizinin yaradılmasına zəmanət verməkdən imtina edilməsi çaşqınlıq yaradır.

İstənilən halda, Ermənistanın uzunmüddətli maraqlarının və iqtisadi ehtiyaclarının ən yaxşı şəkildə təmin edilməsi üçün regional kommunikasiyaların açılmasına dair yazılı öhdəlik yerinə yetirilməlidir.  Eyni zamanda Ermənistan ərazisi ilə Zəngilandan Naxçıvana maneəsiz tranzit də təmin edilməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO