“Qisas əməliyyatı” DƏRS OLDU: Ermənistan ordusuna atəş açmamaq əmri verildi

“Qisas əməliyyatı” DƏRS OLDU: Ermənistan ordusuna atəş açmamaq əmri verildi

Hazırda oxunan: “Qisas əməliyyatı” DƏRS OLDU: Ermənistan ordusuna atəş açmamaq əmri verildi

178004

Ermənistan Müdafiə Nazirliyi qoşunlara Azərbaycanla sərhəddə eskalasiyaya yol verməmək və təxribatlara uymamaq barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ombudsmandan ÇAĞIRIŞ: “Beynəlxalq təşkilatlar Ermənistanın törətdiyi hərbi cinayətlərə etinasız qalmamalıdır”


O bildirib ki, bu gündən etibarən Ermənistan qoşunlarına atəş açmamaq əmri verilib. 

Qeyd edək ki, ötən gün saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

13 fevral tarixində isə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO