Əlində durbinlə şərti sərhədi gəzən avropalılar niyə erməni təxribatına reaksiya vermir?

Əlində durbinlə şərti sərhədi gəzən avropalılar niyə erməni təxribatına reaksiya vermir?

Hazırda oxunan: Əlində durbinlə şərti sərhədi gəzən avropalılar niyə erməni təxribatına reaksiya vermir?

177924

Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyir. Bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

“Əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı Missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? Bəs Cozep Borrelin, Dövlət Departamentinin, konqresmenlerin, irqçi fransız siyasətçilərinin, Niderlandın, Kanadanın, Litvanın, Avropa Parlamentinin, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi Don Kixotların niyə səsi çıxmır?
Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, proksi dövlət olmamalı və “birinci respublika”nın səhvlərini təkrarlamamalıdır”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO