ABŞ-ın Ermənistandakı bioloji BAZALARI – Region üçün təhlükəli planın PƏRDƏARXASI

ABŞ-ın Ermənistandakı bioloji BAZALARI – Region üçün təhlükəli planın PƏRDƏARXASI

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı bioloji BAZALARI – Region üçün təhlükəli planın PƏRDƏARXASI

177811

Xəbər verdiyimiz kimi ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Beləliklə, Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatacaq. Bununla əlaqədar olaraq Ermənistan ilə ABŞ-ın müdafiə nazirlikləri arasında müqavilə imzalanıb.

Hədəf kimdir?

Ermənistan mətbuatının yazdığına görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək. Yerli mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyən və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Gümrüdə hərbi-bioloji laboratoriya yaradır - Rusların reaksiyası necə olacaq?


Rəsmi Moskva da bu laboratoriyalara qarşı çıxış edib. Bildirilir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər. Məlumdur ki, bu tip laboratoriyalarda əsasən bioloji silahlar hazırlanır. Baxmayaraq ki, bir çox ölkələrdə bioloji araşdırma laboratoriyaları fəaliyyət göstərir. Amma əksər ölkələr laboratoriyalardan bioloji silahların hazırlanması məqsədilə istifadə edilməsini inkar edir.

Nəzərə alaq ki, Gümrüdə yaradılacaq laboratoriya Ermənistanda ilk bioloji silah istehsal edən obyekt deyil. 

Buna qədər Ermənistanda ABŞ-ın 12 bioloji laboratoriyası fəaliyyət göstərir. Bioloji laboratoriyaların yaradılmasına Ağ Ev tərəfindən böyük maliyyə dəstəyi göstərilir. Erməni KİV-inin məlumatına görə, Ermənistanda fəaliyyət göstərən laboratoriyalar dövlət resurslarına maneəsiz çıxış imkanlarına malikdir və xüsusi təhlükəli patogenlərin araşdırılması ilə məşğuldur.

Onların işğal dönəmində Qarabağda eksperimentlər təşkil etdikləri də yayılan informasiyalar arasındadır.

Ermənistan müxalifəti Rusiyanın bazaları yaxınlığında yerləşən bu tip araşdırma mərkəzlərinin bioloji silahların hazırlanması və tətbiqi istiqamətində fəaliyyət göstərildiyini iddia edirlər. Müstəqil ekspertlər isə qeyd edirlər ki, davam edən tədqiqatların nəticələri ABŞ ordusu tərəfindən slavyan etnik qrupunun nümayəndələrinə qarşı yeni növ bioloji silah yaratmaq üçün istifadə olunur.

Lakin bir sıra mənbələr laboratoriyalardan Ermənistan hökumətinin maraqları çərçivəsində də istifadə olunduğu qənaətindədirlər. Belə ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində sonra Pentaqonla bioloji araşdırmalar istiqamətində danışıqlar daha da intensivləşib və 2020-ci ildə yeni razılaşma əldə olunub. Rəsmi sənədlərdə açıq şəkildə qeyd olunmasa da, bir sıra araşdırmaçı jurnalistlər rəsmi İrəvana bioloji laboratoriyaların imkanlarından yararlanmaq iznin verildiyini iddia edirlər. 

O da məlumdur ki, Pentaqon və rəsmi İrəvan arasında əldə olunan razılaşmaya görə bu laboratoriyaların fəaliyyəti hələ 2025-ci ilə kimi davam edəcək.

Razılıq çoxdan əldə olunub...

Ermənistan Dövlət Qida Təhlükəsziliyi Xidmətinin keçmiş rəhbəri Qriqor Qriqoryan ABŞ laboratoriyalarında bioloji silahların hazırlanmasını əmin olduğunu hələ 2021-ci ilin aprelində verdiyi müsahibəsində bəyan edib. Onun sözlərinə görə, 2017-ci ildə Tavuş vilayətinin Artsvaberd kəndində kütləvi tulyaremiya epidemiyasının yayılması da məhz həmin laboratoriyaların fəaliyyətinin məhsuludur.

Son olaraq, onu da qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Proqramı (BTRP) çərçivəsində Moldova, Gürcüstan, Qazaxıstan və Ukraynada da oxşar laboratoriyaları mövcuddur. Nəzərə alaq ki, bu laboratoriyaların ətraf aləmə çox ciddi təsirləri olur. Ona görə də ABŞ belə laboratoriyaları əsasən zəif iqtisadiyyata malik ölkələrdə qurur. 
Burada ABŞ-ın digər məqsədi laboratoriyaları qeyri-dost ölkələrin sərhədlərində salmaqdır. Əgər Ukrayna, Gürcüstan və Qazaxstan Rusiya ilə həmsərhəddirsə, Ermənistan da İranla qonşudur. Yəni ABŞ nə vaxtsa həmin laboratoriyalardan adını çəkdiyimiz ölkələrə qarşı istifadə edəcək. Bu isə bütün region üçün böyük fəlakət olacaq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO